logo

Statoil-un Barent dənizindəki uğursuzluqları

Views: 36

statoil-riskNorveçin məşhur neft və qaz şirkətinin bəxti gərmir ki, gətirmir. 2013-cü ildə xalis mənfəəti 42% aşağı düşəndən sonra cari ildə uğursuzluqları yenə də davam etməkdədir.

Statoil şirkətinin bu dəfəki uğursuzluq halqası Barents dənizindəki böyük ümidlər bəslədiyi layihədə özünü ortaya çıxarıb. Belə ki, “Johan Castberg” şelf kəşfiyyat layihəsi çərçivəsində aparılan qazma işlərində bir-birinin ardınca mənfi nəticələr alınıb.

Şirkətin Norveç kontinental şelf layihələri üzrə vitse-prezidenti İrene Rummelhoff bildirib ki, “Johan Castberg” kəşfiyyat layihəsi üzrə işlər artıq yekunlaşmaq üzrədir. Ancaq qazılan 4 quyudan cəmi birində karbohidrogen tapılıb ki, o da gözlədiyimizin əksinə olaraq qaz deyil neft olub.

Qeyd edək ki, Statoil şirkəti 2013-cü ilin dekabrın əvvəlində gözlənilmədən “Şahdəniz” layihəsindəki payının 10%-ni satdı və TANAP qaz infrastrukturuna daxil olmaqdan imtina etdi. Şirkət bunu maliyyə imkanlarının məhdudluğu ilə izah edirdi.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart