logo

SOCAR 2014-cü ilin yanvar ayında dövlət büdcəsinə ödənişləri 29% artırıb

Views: 52

iyne2014-cü ilin yanvar ayında SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) dövlət büdcəsinə vergi köçürmələri 173 mln. 578 min manat təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 29,3% çoxdur. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.

Yanvar ayı ərzində SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişləri 13 mln. 497 min manat təşkil edib ki, bu da ötən ilin göstəricisindən 5,7% çoxdur.

2013-cü ildə SOCAR-ın dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd. 574 mln. 437 min manat təşkil edib.

2014-cü ilə SOCAR üçün dövlət büdcəsinə vergi daxilolmaları üzrə plan 1 mlrd. 825 mln. manat səviyyəsində müəyyən olunub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart