logo

Qazaxıstan bərpa olunan enerji sektorunda sərmayə fondu yaradır

Views: 43

kaz-mQazaxıstanda Texnoloji İnkişaf Milli Agentliyi ilə Özəl sektorun inkişafının İslam Korporasiyası və özəl investor arasında  “Central Asia Renewable Energy Fund LP” yaradılması barədə memorandum imzalanıb. Bu barədə Bayterek xoldinqinin prezidenti Kuandık Bişimbayev məlumat verib.

“Bu fond 8-10 il ərzində alternativ və bərpa olunan enerji mənbələrinə sərmayə yatıracaq”, – deyə o bildirib.

Onun sözlərinə görə, fondun hədəfi ilikin mərhələdə 50 milyon dollar, sonrakı mərhələdə isə 100 milyon dollar təşkil edəcək.

Holdinqin rəhbəri həmçinin onu da qeyd edib ki, fond ancaq Qazaxıstan ərazisindəki layihələri maliyyələşdirəcək.

Fondun nizamnamə kapitalının üçdə iki hissəsi şəxsi sərmayələr, dövlət isə Texnoloji İnkişaf Milli Agentliyinin simasında sərmayələrin üçdə bir hissəsini formalaşdıracaq.

“Fond tərəfindən maliyyələşdirliləcək potensial layihələrin siyahısı təsdiq edilib”, –deyə Bişimbayev bildirib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart