logo

“Petkim” şirkətinin mənfəəti $20 mln-dan çox olub

Views: 30

19petkim“Petkim” şirkətinin direktoru Sadədin Qorqud bildirib ki, keçən ilin 9 ayı ərzində holdinqin xalis mənfəəti 48.6 milyon lirə ($22 mln) təşkil edib.

Qorqudun sözlərinə görə, baxmayaraq ki, keçən il satışların həcmi azalıb, ancaq bu mənfəətə ciddi təsir etməyib.

“SOCAR Turkey Enerji A.Ş “ və “SOCAR International DMCC OGG “ şirkətləri Petkimin yerdə qalan 10.32% səhmini alaraq paylarını 61.32% çatdırıblar. 38.68% səhm isə İstanbul Fond Birjasında sərbəst satışdadır.

“Petkim Petrokimya Holding” Türkiyədə plastik qablar,parçalar,yuyucu vasitələr,PVC –in yeganə istehsalçısıdır və istehsalın ¼ ixrac edilir.

Gözlənilir ki, yaxın 5 il ərzində “Petkim” Türkiyə iqtisadiyyatına əlavə olaraq 8 milyard ABŞ dolları sərmayə yatıracaq.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart