logo

Neft bazarı iştirakçıları Brent markasının islahatına çağırıblar

Views: 21

brentNeft ticarəti ilə məşğul olan Vitol şirkətinin prezidenti İen Teylor Brent nefti üçün müqavilə komponentlərinin təcili və ciddi surətdə dəyişdirilməsinə çağırıb.

Belə bir bəyanat Londonda keçrilən “Beynəlxal neft həftəsi” (International Petroleum week) konfransında səslənib. Bu konfransa neft sektorunun aparıcı iştirakçıları toplanır.

Teylorun fikrincə, Brent markasına daxil olan neft sortları (Brent , Forties , Oseberg , Ekofisk) hasilatının Şimal dənizində azalması bazar iştriakçılarında bu markanın neft bazarının aparıcı göstəricisi olmasında şübhə yaradır.

Bu təklifi Platts agentliyinin bazarın tədqiqi şöbəsinin müdiri Xorxe Montepeke dəstəkliyir. Montepekinin fikrincə, Brent və WTI markalı neftlər bir neçə neft sortunun birləşməsidir. Onun sözlərinə görə, neft hasilatının və tədarük coğrafiyasının dəyişməsi nəticədə bu neft markalarının dəyişməsinə səbəb olacaq. Onun fikrincə, Brent markasının tərkibinə digər neft sortlarının daxil edilməsi zərurəti yetişib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart