Materiallar

LUKoil “Şahdəniz-1” üçün AYİB-dən $ 200 milyon kredit alıb

lukoil_kaskaLUKoil-dan verilən məlumata görə, şirkət “Şahdəniz” yatağının inkişafı üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) $200 milyon kreditin alınması barədə saziş imzalanıb.

Bu vəsait “Şahdəniz” layihəsinin birinci mərhələsi çərçivəsində yatağın gələcək inkişafına yönəldiləcək.

Kredit 5 il müddətinə  illik +1.5 LİBOR faiz dərəcəsi ilə şirkətə vrilib. Qeyd edək ki, “Şahdəniz” layihəsinin inkişafı üçün LUKoil şirkətinin AYİB-dən alınan kreditlərin ümumi məbləği  $380 milyon təşkil edib.

2013-cü ildə “Şahdəniz” yatağında hasilat 9.7 milyard kub metr təbii qaz (LUKoil-ın payı 725 milyon kub metr) və 2.45 milyon ton neft və qaz kondensatı (LUKoil-ın payı 184 min ton) olub.

“Şahdəniz” layihəsinin iştirakçıları aşağıdakı şirkətlərdir: BP (operator) – 28.8%, SOCAR – 16.7%, Statoil – 15.5%, NİCO- 10%, Total – 10%, LUKoil – 10% və TPAO – 9%.