Qazaxıstan

KazTransQaz Qazaxıstanın mərkəzində kömür metanın kəşfiyyatı ilə məşğul olacaq

kaztransgaKaraqanda şəhərində Karaqanda vilayəti akimatlığı ilə qaz sahəsində milli operator olan “KazTransQaz” arasında əməkdaşlıq memorondomu imzalanıb. Bu barədə “KazTransQaz”ın mətbuat xidmətindən bildiriblər.

Sənədin əsas məqsədi – Karaganda hövzəsində kömür laylarında metanın kəşfiyyatı və istehsalı üçün investisiya layihəsinin birgə həyata keçirilməsidir.

Tərəflər razılaşıb ki, akimat icazə sənədlərin alınması və regiounun infrastrukturına qoşulmasına, həmçinin Karaganda regioununda əhalinin və müəssələrin təbii qaza olan ehtiyacları barədə məlumat verilməsini öz üzərinə götürsün.

Sənəddə həmçinin bildirilir ki, “KazTransQaz” resurs bazasının təsdiq ediləcəyi təqdirdə yaşayış məntəqələrinin qazlaşdırılmasını və metanın çıxarılması texnologiyasını digər tərəfdaşlarla bölüşəcəyi öhdəliyini öz üzərinə götürür.