logo

İran öz qazını Türkiyə vasitəsilə Avropaya çıxarmaq niyyətindədir

Views: 73

tanerTürkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, İran öz qazını Türkiyə vasitəsilə Avropaya nəql etmək niyyətindədir.

Onun sözlərinə görə, bu layihə hər iki tərəf üçün vacibdir, lakin bu məsələ ilə bağlı heç bir razılaşma yoxdur.

İrana qarşı Türkiyənin iddiası barədə danışan nazir bildirib ki,Türkiyə arbitraj məhkəməsinin qaz qiyməti ilə bağlı ədalətli qərarını gözləyir.

10 milyard kub metr qazın tədarükü barədə saziş İran və Türkiyə arasında 1996-cı ildə imzalanmışdı.

Qazın qiyməti rəsmən açıqlanmır, ancaq Türkiyə KİV-nin verdiyi məlumata görə min kub metr qazın qiyməti 490 dollardır.

BP-nin statistikasına görə, Türkiyə İrandan 2012-ci ildə 7.5 milyard kub metr qaz idxal edib.Əvvələr Taner Yıldız xəbər vermişdi ki, Türkiyə İrandan 4.5 milyard dollarlıq qaz idxal edib. 2012-ci martında Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə İrandan idxal edilən qazın qiymətinə görə müraciət edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart