logo

Gürcüstan “Şahdəniz-2″dən hər il 1 mlrd kubmetr qaz əldə edəcək

Views: 40

gaz-dollarGürcüstan Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hər il tranzitə görə təqribən 1 milyard kubmetr qaz əldə edəcək.

Trend-in məlumatına görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze energetika məsələləri üzrə Avropa komissarı Günter Ottingerlə görüşünün yekunları üzrə deyib.

K.Kaladze bildirib: “Şahdəniz-2″ layihəsinin reallaşdırılması ilə boru kəmərinin (Cənubi Qafqaz Boru Kəməri) buraxılış qabiliyyətini əlavə olaraq 16 milyard kubmetr qaz həcmində yüksəltmək imkanımız olacaq. Bu bizim üçün önəmlidir, çünki tranzit qazının 5 faizi Gürcüstanda qalacaq ki, bu da təqribən 1 milyard kubmetr təşkil edir”.

Nazir görüşün yekunları üzrə qeyd edib ki, Gürcüstanın Avropa İttifaqının “Enerji birliyi” layihəsinə daxil olması üzrə danışıqlara başlanılıb: “Ötən il biz birliyə üzv olmaq üçün ərizəmizi təqdim etmişdik. Bu istiqamətdə işlərə başlanılıb”.

Qeyd edək ki, “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart