Eni şirkətinin xalis gəliri 2013-cü ildə 23.7% artıb
İtaliyanın Eni Spa şirkətinin 2013-cü ildə xalis mənfəəti 23.7% artaraq – 5.19 milyard avro təşkil edib.
Dördüncü rübdə şirkətin xalis zərəri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 3.2 dəfə azalaraq 611 milyon dollar olub.
Şirkətin dəqiqləşdirilmiş əməliyyat gəliri keçən il 12.6 milyard avro təşkil edib ki,bu da 2012-ci ilin göstəricisindən 36.3% azdır. Dördüncü rübdə bu göstərici 3.52 milyard avro təşkil edib.( azalama 29.2%).
Keçən il şirkətin kapital qoyuluşu 12.75 milyard avro,dördüncü rübdə isə 3.76 milyard avro olub.
Dördüncü rübdə karbohidrogen hasilatı 1.619 milyon barel neft ekvivalenti təşkil edib ki,bu da 2012-ci ilin göstəricisndən 4.8% azdır.
Eni SpA Avropanın ən böyük neft və qaz korporasiyalarından biridir. 70-dən artıq ölkədə fəaliyyət göstərir və 37 min əməkdaşı var. Hazırda Eni şirkətinin səhmlərinin 60.24%-i səhmdarlara, 30.1%-i isə İtaliyanın iqtisadiyyat və maliyyə nazirliyinə məxsusdur.