logo

Bu gün Bakının 6 rayonunda qazın verilməsində fasilələr yaranıb

Views: 30

qaz_yoxdu_rBakıda fasiləsiz qaz təchizatı 2-3 saat ərzində bərpa ediləcək. Bunu şənbə günü Trend-ə Azərbaycan Respublikası Dövlət Şirkətindən (SOCAR) deyiblər.

Şirkətdən bildiriblər ki, magistral qaz kəmərində yaranmış problemin aradan qaldırılması üzrə işlər aparılır: “Azəriqaz” İstehalat Birliyinin rəhbərliyi vəziyyəti nəzarətdə saxlamaq üçün şəxsən işlərin görüldüyü ərazidədir”.

SOCAR-ın bu gün yaydığı məlumatda deyilir ki, “Digah – Böyük-Şor” magistral qaz kəmərində baş vermiş qəza artıq aradan qaldırılıb: “Xəbər verildiyi kimi, “Digah – Böyük-Şor” magistral qaz kəmərində baş vermiş sızma ilə əlaqədar fevralın 1-i səhər saatlarından Bakının Nərimanov, Nizami, Sabunçu, Xətai və Binəqədi rayonlarına qazın verilişində məhdudiyyət qoyulub. Havaların soyuması ilə əlaqədar SOCAR-da yaradılmış operativ qərargahın rəhbərliyi ilə “Azəriqaz” İB və Qaz İxrac idarələrinin təmirçiləri çevik şəkildə səfərbər olunub, onların gərgin əməyi nəticəsində artıq “Digah – Böyük-Şor” magistral qaz kəmərində baş vermiş qəza aradan qaldırılıb. Yaxın bir saat ərzində həmin rayonlara qazın məhdudiyyətsiz verilişi bərpa olunacaq”.

Qeyd edək ki, Bakının bəzi ərazilərində təbii qaz problemi olacaq.

Belə ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar fevral 1-də saat 10:00-dan Nərimanov və Nizami rayonlarının, Binəqədi, Sabunçu, Nəsimi və Xətai rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart