logo

Azərbaycan neftinin qiymətləri: 27-31 yanvar

Views: 50

energy-sÖtən həftə – 27-31 yanvar tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 110,74 dollar/bareldən çox olub ki, bu da ötən həftənin göstəricisindən 0,58 dollar azdır.

Trend-in məlumatına görə, 27-31 yanvar həftəsində AZERI LT-nin qiyməti maksimum 111,45, minimum isə 110,02 dollar/barel təşkil edib.

“Azeri Light”-ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

27-31 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 102,61 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,97 dollar aşağı olub.

27-31 yanvar həftəsində URALS-ın qiyməti maksimum 105,71, minimum isə 104,12 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

27-31 yanvar həftəsində “Brent Dated” növünün orta qiyməti 108,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,8 dollar azdır.

Ötən həftə “Brent Dated”in maksimum qiyməti 109,68, minimum isə 108,18 dollar/barel təşkil edib.

“Brent Dated”in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart