logo

Azərbaycan Gürcüstana neft məhsulları ixracını 17,8% azaldıb

Views: 32

socar-r2013-cü ilin yekunlarına görə, Gürcüstan Azərbaycandan 275,69 milyon dollar dəyərində 295,74 min ton neft məhsulu idxal edib.Bu haqda Gürcüstanın Milli statistika xidmətinin hesabatında məlumat verilir.

Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə Gürcüstan Azərbaycanda 335,53 milyon dollar dəyərində 341,22 min ton neft məhsulu idxal etmişdi. 2013-cü ildə Azərbaycan Gürcüstana neft məhsullarının ixracının dəyər şəklində 17,83%, çəkidə isə 45,48 min ton azaldıb.

Gürcüstanın Milli statistika xidmətinn hesabatında qeyd olunur ki, 2013-cü ildə ölkəyə ümumilikdə 954,41 milyon dollar dəyərində neft məhsulu idxal olunub. Bu informasiyadan çıxış edərək deyə bilərik ki, ötən il Azərbaycandan ixrac olunan neft məhsulları Gürcüstan bazarının 28,89%-ni təşkil ediblər.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart