logo

Avropada qaz qiymətləri minumum səviyyəyə enib

Views: 41

gas-dollarAvropada qaz qiymətləri isti hava fonunda və anbarlardan qaz sərfinin az olması səbəbilə keçən ilin yayındakı qiymət səviyyəsinə enib. Çərşənbə günü qaz qiymətləri Britaniyanın ticarət platforması National Balancing Point- də (NBP) 1 milyon Britaniya istilik vahidi (1000 kubmetr üçün $342-345) üçün 59.45-60 pens təşkil edirdi.

Belə aşağı qiymətlər Avropada keçən ilin yay ayından olmamışdı. 2 ay əvvəl qeyd edilmiş mövsümü qiymət maksimumundan fərqli olaraq hal-hazırda qiymətlər 18% aşağı düşüb.

Avropada keçən istilik mövsümündə soyuqlar səbəbilə 2013-cü ilin martında qaz saxlama anbarları boşalmışdı.

Hazırda Britaniyanın qaz ehtiyatı anbarları 68.8% dolub ki, bu rəqəm keçən il 54.5% idi. Avropada bu göstərici müvafiq olaraq 56.3% və 53.5%-dir.

Lakin qiymətlərin düşməsinə və isti havaya baxmayaraq Rusiya qazının Avropaya ixracı yüksək səviyyədə qalır. Fevralın ilk 3 günü ərzində “Qazprom”un keçmiş Sovet İttifaqı ölkələrinə istisna olmaqla ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 21% artıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart