logo

2013-də Statoil şirkətinin xalis mənfəəti 42% azalıb

Views: 41

statoil2013-cü ildə Statoil şirkətinin xalis mənfəəti 2012-ci il ilə müqayisədə 42% azalıb və 39.9 milyard norveç kronu  (6.42 milyard ABŞ dollar) təşkil edib.

Bir adi səhmə düşən gəlir 12.5 kron (2.01 dollar) təşkil edib. Şirkətin gəliri il ərzində 12% azalaraq 619,4 milyard kron (99,67 milyard dollar) olub.

Bununla belə 4-cü rübdə şirkətin xalis mənfəəti 14,8 milyard Norveç kronu ($2,38 milyard) təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrünün  göstərəcisindən 13.8% çoxdur. Qeyd edək ki, analitiklər 12.56 milyard kron səviyyəsində gəlir gözləyirdilər.

Rüblük gəlir 6.86 % azalaraq 147.8 milyard norveç kronu ( 23,78 milyard dollar) təşkil edib.

Statoil şirkəti 2013-cü ildə 1.94 milyon barel neft ekvivalentində karbohidrogen hasil edib ki,bu da 2012-ci ilin göstəricisindən 3% azdır. Rüblük hasilat isə 4% azalıb. Eyni zamanda şirkət Norveç xaricində hasilatı 723 milyon barelə çatdırıb.

2014-2016-cı illərdə Statoil orta hesabla biznesin inkişafına 20 milyard dollar sərmayə yatırmaq niyyətindədir.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart