logo

Ukrayna-Rusiya qaz sövdələşməsində yeniliklər

Views: 26

ukr4
“RİA Novosti” xəbər agentliyinin məlumatına görə, Ukraynanın əsas enerji şirkəti “Naftoqaz” dekabrın 3-də Rusiyaya ödənilməmiş qaz pulunun gələn ilin yazınadək ödənilməsi ilə bağlı razılıq əldə edib.
Şirkət rəhbəri Yevgeni Bakulin oktyabr və dekabr aylarında idxal olunmuş qaz pulunun ödənilməsinin regionlardakı bəzi problemlər səbəbindən gecikdiriləcəyini bildirib. Onun sözlərinə görə, avqust ayında idxal olunmuş qaza görə 564 milyon avro dəyərində borc tezliklə
ödəniləcək, lakin Kiyev etirazları səbəbindən hökumətin cari işlərində gecikmələr var.
Qeyd edək ki, bu ilin oktyabrında “Qazprom” avqust ayının təchizatı üçün 649 milyon avronun Ukrayna tərəfindən ödənilməməsindən şikayət etmişdi. Şirkət belə davam edərsə, Ukraynanı enerji daşıyıcılarının ödənişini qabaqcadan tələb edəcəyi ilə hədələmişdi. Bunun ardınca, Ukrayna ilin sonunadək Rusiyadan qaz almayacağını, daha çox avropalı tərəfdaşlarına güvənəcəyini bəyan etsə də, tezliklə geri addım atdı.
Beləliklə, Ukraynanın Gömrük İttifaqına qoşulacağı təqdirdə Rusiya ona qazı daha ucuz qiymətə satacağını təklif etdi.
Xatırladaq ki, həmin ittifaqa üzv olan Belarus Rusiyadan min kub metr qazı 120 avroya, yəni Ukraynanın ödədiyi məbləğin 40 faizi qədərinə alır. Bundan əlavə, Ukraynaya qoyulmuş qaz təchizatı məhdudiyyətləri də onun enerji təhlükəsizliyinə zərər vurur.
Mətbuatın yazdığına görə, Ukrayna Avropa İttifaqının “Enerji Birliyi” layihəsindən çıxmağı planlaşdırır. Bu layihə Aİ enerji siyasətinin qeyri-Aİ ölkələrinə ixracını nəzərdə tutur. Ukraynanın Qaz Nəqliyyatı Sisteminin (QNS) yenilənməyə və investisiyalara ehtiyacı var.
Qazprom” isə QNS-ni almaq üçün Ukraynaya müraciət edib və əsas şərt kimi Ukraynanın Enerji Birliyindən çıxmasını irəli sürüb. Aİ bu məqsədlə Aİ, Rusiya və Ukraynadan ibarət üçtərəfli konsorsiumun yaradılmasını təklif edib. Rusiya isə yalnız Rusiya və Ukraynanın cəlb olunduğu konsorsiumun yaradılmasında israrlıdır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart