logo

Türkmənistan neft emalı sahəsində iri layihələr həyata keçirir

Views: 25

NPZ-2Türkmənistan neft-qaz və təbii sərvətlər nazirliyindən verilən məlumata görə, ölkədə neft emalı sahəsində xarici şirkətlərlə birlikdə layihələr həyata keçirilir.

Sərmayələrin ümumi həcmi 800 milyon ABŞ dolları təşkil edir.
Belə ki, Niderlandın “Alliance Engineering and Construction B.V”. şirkətinin iştirakı ilə 3 milyon ton neftin ilkin emalı qurğusunun inşası aparılır. ABŞ-ın “Wesport Trading Europe Limited” şirkəti illik istehsalı gücü 38 min ton olacaq yol bitumu qurğusunu inşa edir.
Məlumata görə, bu qurğuların istismara verilməsi 2014-cü ildə gözlənilir.
Bundan əlavə “LG Internation Corp” и “Hyundai Engineering Co. LTD” (Cənubi Koreya) şirkətlərləri vakuum sistemi, izomerləşmə və alkilləşdirmə, habelə benzin istehsalı  kompleksini inşa edir.
İndoneziyanın PT Istana Karang Laut şirkəti gücü 21 min ton olan polipropilen istehsalı zavodunun tikintisini davam etdirir.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart