logo

SOCAR Ümid yatağındakı 2-ci quyudan qaz hasilatına başladı

up1“Ümid” yatağındakı 1 saylı platformadan 6309 metr dərinliyə qazılmış 12 saylı kəşfiyyat quyusu sutkalıq 800 000 kubmetr qaz və 200 ton kondensat hasilatı ilə istismara verilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, hazırda hasil edilən məhsul sualtı boru kəmərləri vasitəsi ilə sahilə nəql olunur.

Mürəkkəb geoloji kəsilişə, yüksək lay təzyiqlərinə malik strukturda yerləşməsinə baxmayaraq, quyunun işə salınması Azərbaycan mütəxəssislərinin peşəkarlığına daha bir sübutdur. Uzunmüddətli və təhlükəsiz istismar işlərinin aparılması məqsədi ilə quyu dünyanın “Schlumberger”, “Wheathford”, “Hlliburton” kimi aparıcı şirkətlərinin quyuağzı və quyuiçi avadanlıqları ilə təchiz edilib.

Qeyd edək ki, “Ümid” yatağı Bakı şəhərindən cənuba doğru 60 kilometrlik məsafədə, açıq dənizdə, suyun dərinliyi 60 metr olan hissədə yerləşir. Hazırda istismarda olan 1 saylı platforma 2009-cu ildə ARDNŞ-nin daxili imkanları hesabına tikilərək quraşdırılıb. Platformadan 10 saylı quyu 2012-ci ilin sentyabr ayında istismara verilmişdir. Gələcəkdə platformadan daha 3 istismar quyusunun qazılması nəzərdə tutulur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart