logo

SOCAR-ın Batumidəki yanacaqdoldurma stansiyası dizaynına görə dünyanın ən yaxşı müasir memarlıq obyektləri sırasında

Views: 63

socar_batumi_2SOCAR-ın Batumidəki yanacaqdoldurma stansiyası orijinal və futuristik dizaynı ilə dünyanın nüfuzlu nəşrlərinin diqqət mərkəzindədir. 2013-cü ildə “The Huffington Post” nəşri bu stansiyanın ərazisində yerləşən “McDonald’s”ı ən kreativ və gözəl fastfood obyekti kimi dünyanın ən yaxşı 100 binası siyahısına salmışdır.

Bu il nüfuzlu ArchDaily memarlıq şirkəti həmin binanı seçilmiş memarlıq nümunələri sırasına daxil etmişdir.SOCAR-ın uğurlu layihələrindən biri olan Batumi “McDonald’s”ı fəaliyyətə başladığı gündən populyarlıq qazanmışdır. Şüşə və poladdan qurulmuş üçmərtəbəli konstruksiyanın interyerini asma bağ bəzəyir.

SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumata görə, binanın digər hissəsindən isə gözəl hovuz mənzərəsi görünür. Şüşələr binanın günəş işığı ilə dolmasına imkan verir və daxili mühitə təbii çalarlar gətirir. Onlar həm də xaricdəki səs-küyün qarşısını alırlar. YDM və restoran bir-birindən həm fiziki, həm də vizual baxımdan tam təcrid olunmuşdur. Belə ki, restoranın müştəriləri YDM-in işini görə bilmirlər. Qeyd etmək lazımdır ki, Batumi “McDonald’s”ı SOCAR-ın dünyanın diqqətini cəlb edən yeganə memarlıq layihəsi deyil. Tbilisi-Batumi magistralı üzərində yerlləşən çoxfunksiyalı avto-launc beynəlxalq səviyyədə populyarlıq qazanmışdır. Burada “Qudvill” marketi və fastfood restoranı ilə yanaşı müştərilərə bir sıra digər komfortlu xidmət növləri də təklif olunur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart