logo

Rusiyanın nə qədər nefti var?

Views: 65

zapasi_russia2Rosnedrin bölüşdürülməmiş ehtiyatlar fondunda ehtiyatı 885 milyon ton olan 3 neft yatağı qalıb.
Bu yaxınlarda Rusiyada rəsmi surətdə neft ehtiyatlarının həcmi açıqlanıb: ABC1 və C2 kateqoriyasına görə, ehtiyatların həcmi 29 milyard bareldir. 1 avqust 2013-cü il tarixinə bölüşdürülməmiş fondda 884.7 milyon ton ehtiyatı olan 614 yataq mövcüd idi.
Keçən il 3 böyük yataq üzrə hərrac keçrilmişdi: İmilorsk (ABC1 və C2 kateqoriyalarına görə, 190 milyon ton ehtiyatı), Şpilman (89 milyon ton), Lodoçnomy (43 milyon ton).
Hazırda Rosnedrin quruda 3 yatağı qalıb: Rostovtsevskoe (61 milyon ton), Nazımskoe (43 milyon ton) və Gavrikovskoe (40 milyon ton). Beləliklə, hələ Sovet dövründə formalışdırılmış mineral-resurs bazasının bölüşdürülməsi başa çatdırılmış, lakin cari geoloji-kəşfiyyat işlərinin həcmi isə yeni böyük yataqların tapılacağına ümid vermir.
Yeni böyük yataqların tapılması perspektivi isə çətin Şərqi Sibir, Arktik Şelf və Uzaq Şərqin dənizləri ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, neft və geoloji şirkətlərin yeni yataqların tapılmasında heç bir maraqları yoxdur, çünki aşkar edilmiş yataq dövlətin balansına keçir, ona çəkilmiş xərclər isə yanlız müsbət nəticələr əldə edildikdə ödənilir. Bu sahənin inkişafı isə yeni yataqların kəşfiyyatının təşviq edilməsi, istismar edilən yataqlarda hasilatın intensivləşdirilməsini tələb edir. Həmçinin əlavə 4 milyard ton neft yataqlardan neftin hasilatının effektivliyinin 23% çatdırılması hesabınada nail oluna bilər ki, bu göstərici ABŞ-da 43% təşkil edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart