logo

Rusiya 11 ayda $60,1 milyard məbləğində 176.2 milyard kub metr qaz ixrac edib

Views: 89

gazpromkrasota2013-cü ilin yanvar-noyabrında Rusiyanın uzaq xaricə qaz ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 24.1% artaraq 123.2 milyard kub metr təşkil edib. MDB ölkələrinə qaz ixracı 11.7% azalaraq 52.8 milyard kub metr olub.
Yanvar-noyabr aylarında Rusiya Federal Gömrük Xidmətinin verdiyi məlumata əsasən, $60,126 milyard məbləğində 176,2 milyard kub metr qaz ixrac edilib. Bundan əlavə $4,832 milyard məbləğində 22.4 milyon ton mayeləşmiş təbii qaz ixrac edilib.
*YEK-in verdiyi məlumata görə, 2013-cü ilin yanvar-noyabrında Rusiyada təbii qaz istehsalı 2.4% artaraq 603.257 milyard kub metr, ixrac isə 9.6% artaraq 181.659 milyard kub metr qaz təşkil edib.
*2013-cü ildə Rusiyada qaz istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 668.024 milyard kub metr, ixrac isə 10% artaraq 204.911 milyard kub metr təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart