logo

Qazaxıstan Rusiyadan Çinə neft tranziti tarifini təsdiq edib

Views: 75

kaz-chinaQazaxıstanın təbii inhisarların tənzimlənməsi agentliyi 1 yanvar 2014-cü ildən “Priirtişısk-Atasu-Alaşankau” boru kəməri ilə tranzit neftin nəqletmə tarifini təsdiq edib.
Boru kəmərinin “Prişısk-Atasu” hissəsi üzrə bir ton neft üçün tarif 117,31tenqe ( 0,762 dollar),”Atasau-Alaşankau” hissəsi üzrə isə 1,097 min tenge ( $ 7,1 ) müəyyən edilir.Bu tariflərə ƏDV daxil deyil.
Noyabrda “KazMunayGaz”,”KazTransOil” və “Rosneft” Qazaxıstan ərazisi ilə neftin Çinə tədarükü barədə saziş imzalamışdılar. Sazişə əsasən 2014-cü ilin 1 yanvarından Priirtişısk-Atasu-Alaşankau boru kəmər ilə 7 milyon ton neftin nəqli nəzərdə tutulur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart