Qazaxıstan

Qazaxıstan neft hasilatının 3 əsas ssenarisini hazırlayıb

adam-danishQazaxıstanın neft və qaz naziri Uzakbay Karabalin nazirliyin geniş gollegiya iclasında bildirib ki,nazirlik neft hasilatının 3 əsas hasilat ssenarisini işləyib hazırlayıb : “Sürətləndirlimiş,”Qənaət” və “Praqmatik”.

“Bunun bir neçə səbəbi var : Beynəlxalq energetika agentliyinin və BP şirkətinin ekspertlərinə görə,2035-ci ilə dünyada neftə olan təlabat bugünkü 4 milyard tondan 5 milyard tona qədər artacaq.Bunu nəzərə alaraq növbəti üç onillikdə ən mühafizakar hesablamalara görə Brent markalı neftin qiyməti 130-160 dollar olacaq” – deyə Karabalin bildirib.

Onun sözlərəinə görə,ən optimal variant “Praqmatik” ssenaridir ki,buda dinamik və ardıcıl artıma hesablanıb : 2020-ci ilə kimi 100 milyon ton,2030-cu ilə kimi 110-115 milyon ton və 2040-2050-ci illərdə isə hasilatın 110 milyon ton ətrafinda sabitləşməsi.