logo

Qazaxıstan bütün istiqamətlərdə neft nəqlini artıracaq

Views: 33

kazax-2Samruk-Kazına Milli Rifah Fondunun direktoru Malik Salimqereyev Astanada keçrilən brifinqdə bildirib ki, Qazaxıstan bütün istiqamətlərdə neft tədarükünü artıracaq.
Onun sözlərinə görə,Xəzər Boru kəməri konsorsiumunun boru kəməri ilə 2013-cü ildə 32.4 milyon ton neft nəqli planlaşdırılır ki,bunun da 28.2 milyon tonu qazax neftidr.
2014-cü ildə isə CPC sistemi vasitəsi ilə 35.8 milyon ton neft nəql ediləcək ki, bunun da 32.3 milyon tonu qazax neftidir.
“Boru kəmərinin genişləndirilməsi layihəsinə gəlincə … Layihənin məqsədi boru kəmərinin buraxılış gücünü 67 milyon tona çatdırılmasıdır ki,gələcəkdə Qazaxıstan 52.7 milyon neft tədarük etmək imkanı olacaq”.
Bundan əlavə Salimqereyev qeyd edib ki,2013-cü ildə Atırau-Samara kəməri ilə neft nəqli 15.4 milyon ton təşkil edib ki,bu da 2012-ci il göstəriciləri ilə eynidir.
Qazaxıstan-Çin boru kəməri ilə nəql edilən neft 2013-cü ildə 11 milyon ton səviyyəsində olacaq. 2014-cü ildə isə 13.1 milyon ton neftin nəqli planlaşdırılır.
“2013-cü ildə 8.9 milyon ton xam neftin dəniz vasitəsilə nəql ediləck ki,bunun 2.4 milyon tonu Aktaudan Bakıya nəql ediləcək”, – deyə Salimqereyev sözlərinə əlavə edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart