logo

Qərb neft şirkətləri İrana qayıtmaq istəyirlər

Views: 95

iran-zapad

ABŞ neft şirkətləri İrana qayıtmaq istəyirlər və bu məqsədlə sentyabrın sonunda Nyu-Yorkda İranın neft naziri Bijan Zanganehom ilə görüşmək niyyətindəydilər.

“İranın böyük enerji potensialı var və biz danışıqlara hazırıq”. Bu barədə “Reuters” agentliyinə ananim qalmaq istəyən Amerika neft şirkətinin nümayəndəsi deyib. “Sanksiyalar qaldırılan kimi biz cəlbedici müqavilələr əsasında yatırımlarda maraqlı olacağıq”.
Agentliyin məlumatına görə, İranın neft naziri Zanganehom prezident Həsən Ruhani ilə Nyu-Yorka səfər etməli imiş, lakin son anda səfər təxirə salınıb. Bununla belə Amerika və Avropa şirkətləri neytral ərazidə İran neft sənayesi rəhbəri ilə görüşmək istəyirlər.
Eyni zamnada İranın neft naziri bəyan edib ki, rəsmi Tehran neft hasilatını 4 milyon barel səviyyəsinə qaytarmaq istəyir. Həmçinin Zanganehom bildirib ki, neft nazirliyi sanksiyaların qaldırılması məsələsində XİN-nə köməklik edəcək.
Bununla belə Zangenah onu da əlavə edib ki, İran hasilatın pay bölgüsü sazişinin (PSA) tərəfdarı deyil və daha səmərəli müqavilələr bağlamaq arzusundadır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart