logo

“Naftalan” tankeri mazut adı ilə Rusiyadan neft daşıyırmış

Views: 50

dag-tanker İyulun 31-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Dağıstan üzrə İdarəsi Xəzər akvatoriyasında sərhəd gəmilərinin yoxlayan zaman Azərbaycan bayrağı altında qaçaqmalçılıqla neft daşıyan “Naftalan” tankerini saxlayıblar. Gəmi Mahaçqala limanından Azərbaycanın “Səngıçal” limanına gedirmiş və Azərbaycan Dövlət Xəzər Gəmiçilik Şirkətinə məxsus olub.
Gömrük sənədlərinə əsasən tankerin bortunda 4,5 min ton həcmində odluq mazut olub. Lakin tankerin kapitanının təqdimetdiyi sənədlərə, həmçinin laborator analizin nəticələrinə görə, bortda az sulfidli neft olub.
Sözügedən neft Xəzərin Rusiya şelfində “LUKoil” özəl neft şirkəti tərəfindən hasil edilib və Bakı-Novorossiysk magistral neft kəməri ilə nəql edilmək üçün nəzərdə tutulub. Neftin orta bazar dəyərinin qiyməti 45 mln. rub. təşkil edir.
Avqustun 4-də fakt üzrə RF Cm-in 226.1 maddəsi ilə (Strateji resursların qaçaqmalçılığı” cinayət işi qaldırılıb. Hazırda “Naftalan” tankeri Mahaçqala limanında saxlanılır. Tankerin kapitanının və onun köməkçisinin barəsində həbs qəti imkan tədbiri və gəminin həbsi ilə bağlı qərar həll olunur.
Xəzər gəmiçiliyinin mətbuat xidmətindən faktı şərh etməyiblər. Məlumatlı mənbə Turan agentliyinə bildidirib ki, əgər söhbət kriminaldan gedirsə, bu, daşınma xərclərinin aşağı salınmasına cəhddən ibarət ola bilər, belə ki, mazutun nəqli neftdən ucuzdur. Lakin bu cür fırıldaqçılıq hər iki tərəfin iştirakı ilə mümkündür. Yəni, əgər söhbət neftin oğulanmasından gedirsə, artıq onu hasilat zamanı oğurlayıblar və Bakı-Novorossiysk boru kəməri vasitəsilə realizə etməyə çalışıblar.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart