logo

Krasnoye Sormovo zavodunda Türkmənistan üçün daha bir tanker inşa edilib

Views: 59

tanker_sormovoNijni Novqorodda “Krasnoye Sormovo” zavodunda yayın son günündə Türkmənistan üçün 19900 layihəsi üzrə inşa edilmiş “Aladja” tankeri suya buraxılıb. Bu, Türkmənistan üçün inşa edilmiş sayca 5-ci neft daşıyan gəmisidir. Bir ildən sonra daha bir neft tankeri Türkmənistanın donamasına qatılmalıdır.
19900 layihəsi ilə inşa edilmiş tankerlər xam neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulub. Layihənin müəllifi Volqa-Xəzər konstruksiya bürosudur.
Yeni gəminin tutumu 9677 tondur ki, bu da gəmiyə müxtəlif növ neft məhsulları ( eyni zamanda malların üç sinfi ) daşımaq imkanı verir. Tankerin texniki xarekteristikası: uzunluğu – 141,4 m, eni – 16,60 m, göyərtənin hündürlüyü 6.82 metr, yük tutumu 8000 kub.
Bu gəmilərin texniki-iqtisadi göstəriciləri eyni tonnajlı gəmilərlə müqayisədə yaxşılaşıb: idarəetmə sistemi avtomatlaşdırılıb, qəza vəziyyətlərində neftin dənizə dağılmasının qarşısı alınıb. Bütün bunlar gəmiyə xüsusi ekoloji zonalarda işləmək imkanı yaradır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart