logo

KazMunayGaz şirkətinin mənfəəti 8.1% azalaraq $2,4 milyard təşkil edib

Views: 52

RD KMQKazaxıstanın “KazMunayGaz” şirkəti 2013-cü ilin yanvar-sentyabr aylarında 362.3 milyard tenqe (2.4 milyard ABŞ dolları) mənfəət əldə edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 8.1% azdır.
Hesabat dövründə KMG mənfəəti 2.127 milyard tenqe (13.8 milyard dollar), ümumi gəlir 658.7 milyard tenqe (4.3 milyard dollar), əməliyyat fəaliyyətindən gəlir isə 256.2 milyard tenqe (1.7 milyard dollar) təşkil edib.
Hesabata görə,KMG-ın aktivləri 2013-cü ilin yanvar-sentyabrında 9% artaraq 7.455 trilyon tenqe (48.4 milyard dollar),şirkətin xalis sərmayəsi 9.8% artaraq 3.944 trilyon tenqe (25.6 milyard dollar) olub.
“KazMunayGaz Milli Şirkəti” ASC – Qazaxıstanın karbohidrogenlərin kəşfiyyatı,hasilatı,emalı və nəqli sahəsində milli operatorudur. Şirkətin səhmlərinin 100% “Samruk-Kazına” dövlət fonduna məxsusdur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart