logo

İran Xəzərdə swap əməliyyatlarını bərpa etmək niyyətindədir

Views: 37

 

svop

İRNA agentliyinin verdiyi xəbərə görə, İranın neft naziri bildirib ki, qısa müddətdə “swap” əməliyyatları sahəsində olan problemləri aradan qaldırmaq lazımdır.

Nazirin sözlərinə görə, bu sahədə problemlər qalana qədər tədarükün müvafiq miqyasda həyata keçrilməsi mümkün  olmayacaq.
İran milli neft şirkətinin Beynəlxalq departamentinin direktoru Seyed Mohsen Kamsari bildirib ki, Xəzərdə İran limanlarında yaradılmış potensialı nəzərə alaraq İran qonşu ölkələrə “swap” əməliyyatları davam etdirməyə hazırdır. Onun sözlərinə görə, İran bu tədarükləri milli maraqları çərçivəsində həyata keçirəcək.
Xəzər sahillərində yaradılmış güclər gündə 300 min barel xam neft tədarükü həyata keçirməyə imkan verir. Həmçinin İranın cənubunda olan infrastruktur müştərilərə ekvivalent miqdarda neft göndərməyə imkan verir.
Qeyd edək ki, əvvəllər İranla “swap” əməliyyatlarını Türkmənistan və Qazaxıstan neft şirkətləri həyata keçirirdilər. Ancaq sonradan onlar bu əməliyyatların onlara baha başa gəldiyini əsas gətirərək neft ixracını əsasən Cənubi-Qafqaz nəqliyyat dəhlizi üzərindən həyata keçirməyə başladılar.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart