logo

Cənub Axınının ikitərəfli razılaşmaları Aİ qanunlarını pozur

Views: 25

south_stream_okEuractiv.com xəbər portalının verdiyi məlumata görə, Avropa Komissiyası bildirib ki, “Cənub Axını” layihəsi çərçivəsində imzalanan ikitərəfli müqavilələr Avropa İttifaqı (Aİ) qanunlarını pozur və müqavilələrin qəbul olunması üçün hüquqi problemləri nəzərə alan yeni danışıqlara ehtiyac var.
Bunları Avropa Parlamentində çıxışı zamanı Avropa Komissiyasında enerji bazarları üzrə direktor Klaus-Diter Borxart deyib.
Borxart həmçinin əlavə edib: “Komissiya sözügedən hökumətlərarası sazişləri öyrənib və onların heç birinin Aİ qanunlarına uyğun olmadığı nəticəsinə gəlib.”
“Bu səbəbdən, biz sözügedən dövlətlərə bildirmişik ki, onlar Avropa İttifaqı sazişləri və Enerji İcması sazişinin verdiyi öhdəliklərə görə, Rusiya ilə müqavilələrini yenidən razılaşdıraraq, Avropa Hüququna uyğunlaşdırmalıdırlar.”
Qeyd edək ki, hadisə Avropa İttifaqı və Rusiya arasında münasibətlərin çox həssas məqamına təsadüf edir. Belə ki, ötən həftə Ukrayna prezidenti Viktor Yanukoviçin Avropa İttifaqı ilə Assosiasiya müqaviləsindən imtina etməsi Aİ rəsmilərinin narahatlığına səbəb olmuşdu. Bunun əvəzində, Viktor Yanukoviçin Rusiya ilə münasibətlərin daha da yaxınlaşmasını elan etməsi ölkədə kütləvi etiraz prosesləri ilə nəticələnmişdi.
Borxartın çıxış etdiyi tədbirdə bir sıra yüksək rütbəli rəsmilər, o cümlədən Rusiyanın enerji üzrə nazir müavini Anatoli Yankovski, “Qazprom” şirkətinin idxal üzrə baş direktoru Aleksandr Medvedev və Serbiya enerji naziri Zorana Mixayloviç də iştirak edirdilər.
Borxart izah etdi ki, bu danışıqlar uğurla nəticələnməsə, sözügedən ölkələr Rusiya ilə müqavilələrdən imtina etməli olacaqlar.
O həmçinin bildirdi ki, enerji üzrə avrokomissar Günter Öttinger Rusiya enerji naziri Aleksandr Novaka məktub yazaraq, vəziyyəti izah edib və ondan maraqlı ölkələrlə yeni danışıqlara “müsbət baxmağı” xahiş edib. Bu ölkələr arasında Bolqariya, Macarıstan, Yunanıstan, Sloveniya, Xorvatiya, Avstriya və Serbiya var. Qeyd etmək lazımdır ki, Serbiya Avropa Enerji İcmasının üzvüdür.
“Demək istəyirəm ki, hazırki hökumətlərarası müqavilələr “Cənub Axını”nın tikinti və fəaliyyətinə əsas verə bilməz. Əgər üzv ölkələr və ya maraqlı ölkələr yeni danışıqlara getməsələr, Komissiya onları buna məcbur etmək üçün lazımi alət və istəyə malikdir. Bu müqavilələr ilə “Cənub Axını”nın fəaliyyəti mümkün deyil”, deyə Borxart vurğuladı.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart