logo

Cənub Axını layihəsinin problemləri artır

Views: 49

south_stream_bulgariaƏgər “Qazprom” “Cənub Axını” layihəsi üçün Avropa Enerji Paketindən istisna əldə edə bilməsə, şirkət artıq boru kəmərinin işə salınmasının ilkin mərhələsində minumum 1.6 milyard kub metr qazı üçüncü tərəflərə vermək məcburiyyətində qalacaq. Kəmər işə salındıqdan sonra isə hərraca 6.3 milyard kub metr həcmində qaz çıxarıla bilər. Kənar tədarükçülər bu həcmləri yanlız bir il işdədə bilərlər.
Əgər Avropa Komisiyyasının təkliflərini Avropa paralmenti qəbul etsə, onda paket 2015-ci il moyabrın 1-dən qüvvəyə minir. Məhz həmin dövrdədə “Cənub Axını” istismara verilməlidir.
“RusEnergy” şirkətinin baş analitiki Mixail Krutixin “Cənub Axının” tam dolduralacağına əmin deyil, ”çünki “Şimal Axınının” da yanlız yarısı doludur. Bununla belə yeni kəmərə qoşulmaq istəyənlər də kifayət qədərdir. Belə ki, Bolqarıstan İran və İraqdan qaz alınmasında maraqlıdır. Hər kəs Rusiyanın 50 milyard dollar sərmayə yatıracağı layihədən danışır ki, hansı ki, ondan tək özü istifadə etməyəcək” – deyə ekspert qeyd edib.
Hal-hazırda Avropada Üçüncü Enerji Paketin tələblərinə əsasən, bir tədarükçü boru kəmərinin güçünun yanlız 50%-dən atıq olmayaraq istifadə edir. Avropa Komissiyasının təkliflərinə görə, mövcud potensialın 80%-i 15 il müddətinə, 10%-i 5 il müddətinə, yerdə qalan 10%-i isə 1 il müddətinə istifadə üçün hərraca çıxarıla bilər.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart