logo

BP: “Şahdəniz” yatağı böyük potensiala malikdir

Views: 213

AZERBAIJAN shahXəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağı işlənməsinin üçüncü və sonrakı mərhələlərinin reallaşdırılması üçün potensiala malikdir. Trend-in məlumatına görə, bu barədə “Azernews” qəzetinə müsahibəsində BP-nin Avrasiyada hasilat və kəşfiyyat üzrə direktoru Qreq Rayli bildirib.

Onun sözlərinə görə, bunu deməyə daha dərin laylarda (məhsuldar laylardan aşağıda) yerləşən və daha yüksək təzyiqə malik olması ilə fərqlənən rezervuarlar imkan verir. Öz növbəsində, bu, o deməkdir ki, daha müasir texnologiyalar tətbiq etməklə sonrakı mərhələlərin həyata keçirilməsi ilə gələcəkdə yatağın genişmiqyaslı inkişafı mümkün olacaq.

Raylinin sözlərinə görə, BP ARDNŞ-lə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və digər tərəfdaşlarla birlikdə yatağın işlənməsinin sonrakı mərhələləri ilə bağlı planların müəyyən edilməsi üçün yatağın imkanlarının gələcək qiymətləndirilməsini davam etdirəcək.

Hazırda “Şahdəniz”in işlənməsinin ikinci mərhələsi çərçivəsində işlər görülür.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart