logo

BP İranda işləmək ehtimalını nəzərdən keçirmir

Views: 41

bp-iranBakıda BP-nin prezidenti Robert Dadli jurnalistlərə bildirib ki,şirkət İranda işləmək ehtimalını nəzərdən keçirmir.

“Biz İran tərəfi ilə heç bir görüş keçirməmişik və bu barədə düşünmürük. Ancaq biz İran ətrafında baş verən prosesləri izləyirik. Şərait  dəyişə bilər. Biz Trans Anadolu qaz kəmərinin (TANAP) iştirakçısı olmuşuq. Gələcəkdə bu qaz kəməri ilə müxtəlif mənbələrdən (İran qazı daxil olmaqla) qaz nəqli nəzərdə tutulur. Bunu zaman göstərəcək”.- deyə R.Dadli bildirib.
Çərşənbə axşamı Bakıda imzalanmış sazişə əsasən Britaniya şirkəti TANAP layihəsində 12% pay almaqla layihənin səhmdarı oldu.
Eyni zamanda BP-Azərbaycan şirkətinin Şahdəniz yatağının işlənməsi üzrə vitse-prezidenti Alasder Kuk bildirib ki,BP TANAP layihəsində payını artırmağı düşünmür.
“Hazırkı mərhələdə biz layihədə payımızı artırmağı düşünmürük” – deyə A.Kuk qeyd edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart