logo

BP: AÇG-nin qaz ehtiyatları Azərbaycanın tədarükçü kimi rolunun genişlənməsi planlarının dəstəklənməsinə xidmət edəcək

shah-2BP şirkəti və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraqlı-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda dərin qaz laylarının işlənməsi üzrə saziş üzərində çalışırlar. Trend-in məlumatına görə, bu barədə “Azernews” qəzetinə müsahibəsində BP-nin Avrasiyada hasilat və kəşfiyyat üzrə direktoru Qreq Rayli bildirib.

O deyib: “Bu sahədə bizim biliklərimiz Azərbaycanın öz yeni təchizatçı rolunun genişləndirilməsi üzrə planlarına dəstək olaraq işlənə biləcək AÇG-nin daha dərin laylarında böyük qaz ehtiyatlarının mövcudluğunu təsdiq etdi”.

Onun sözlərinə görə, hazırda blokdan səmt qazı hasil olunur və onun bir hissəsi təzyiqin saxlanması üçün yenidən laylara vurulur, qalan hissəsi isə ölkənin qazpaylayıcı sisteminə daxil edilir.

Rayli qeyd edib ki, blokun işlənməsinin düzgün seçilmiş proqramı və düzgün texnologiyaların tətbiqi bir neçə illər ərzində Azərbaycana və onun tərəfdaşlarına, eləcə də dünya səviyyəsində resurs bazası kimi ümumilikdə regiona fayda gətirə bilər.

AÇG iri dəniz yatağının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart