logo

Azərbaycan neftinin qiymətləri: 2-6 dekabr

Views: 41

birja-exchangeÖtən həftə – 2-6 dekabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 114,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən təqribən 1,4 dollar/barel çoxdur.
Trend-in məlumatına görə, 2-6 dekabr həftəsində AZERI LT-nin qiyməti maksimum 116, minimum isə 114,2 dollar/barel təşkil edib. “Azeri Light”ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
2-6 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 110,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel çoxdur. 2-6 dekabr həftəsində URALS-ın qiyməti maksimum 111,68, minimum isə 110,05 dollar/barel olub. URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
2-6 dekabr həftəsində “Brent Dated” növünün orta qiyməti 112,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel çoxdur. Ötən həftə “Brent Dated”in maksimum qiyməti 113,37, minimum isə 111,62 dollar/barel təşkil edib. “Brent Dated”in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart