logo

Avtomobil benzininin istehsalı 8,5% artıb

Views: 50

benzin-pulÖtən ildə neft məhsullarından avtomobil benzininin istehsalı 8,5 faiz, ağ neftin 12,2 faiz, dizel yanacağının 5,3 faiz, neft bitumunun istehsalı 8,6 faiz artıb.

Gün.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2013-cü ildə 2 090,0 mln. manat neft məhsullları istehsal edilib.Bu isə əvvəlki illə müqayisədə 6,2% artım deməkdir.

Statistikaya əsasən neft emalı müəssisələrinin anbarlarında 38,1 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 15,1 faizi qədər hazır məhsul qalıb.

Sənaye məhsulu istehsalı 2012-ci illə müqayisədə 1,8 faiz artaraq 33,7 milyard manata çatıb, onun 74,0 faizi və ya 24,9 milyard manatı mədənçıxarma bölməsində, 20,1 faizi, yaxud 6,8 milyard manatı emal bölməsində, 5,3 faizi və ya 1,8 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi və ya 218,7 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Sənayenin neft sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri-neft sektorunda isə 4,8 faiz artıb.

Mədənçıxarma bölməsinin məhsullarından 43,1 milyon ton və ya 0,2 faiz çox xam neft, 17,9 milyard kubmetr, yaxud 3,6 faiz çox əmtəəlik qaz, 1619 kq və ya 3,6 faiz çox qızıl hasil olunub.

Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 4,2 faiz, içki istehsalı 13,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 30,9 faiz, poliqrafiya məhsulları istehsalı 43,4 faiz, neft məhsulları istehsalı 6,2 faiz, kimya sənayesi məhsulları istehsalı 19,5 faiz, əczaçılıq məhsulları istehsalı 12,8 faiz, tikinti materialları istehsalı 21,0 faiz, metallurgiya məhsulları istehsalı 1,5 faiz, elektrik avadanlıqlarının istehsalı 14,6 faiz, maşın və avadanlıqların istehsalı 25,1 faiz, avtomobil və qoşquların istehsalı 28,9 faiz, sair nəqliyyat vasitələri istehsalı 2,3 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 11,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri xidmətləri 31,3 faiz artıb.

2013-cü ildə ölkənin elektrik stansiyalarında 20,6 milyard kilovat-saat elektrik enerjisi (0,6 faiz çox) istehsal olunub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart