logo

Argus Media: özbək NEZ-ı türkmən nefti üçün Ceyhandan daha sərfəlidir

Views: 92

turkmen_Kaspi“Trans-Port” portalının verdiyi məlumata görə, “Kazmortransflot” şirkəti ARİA Petroleum treydinq şirkəti ilə Türkmənistanın Kiyanlı yataqından nefti Qazaxıstanın Aktau limanına tanker ilə daşımağı,oradan isə sisternlərlə Özbəkistandakı NEZ-na yollamağı nəzərdə tutan müqavilə imzalamaq niyyətindədir.
Əgər istifadə olunan marşrut məqsədəuyğun hesab olunarsa Kazmortransflot şirkəti ilə ARİA Petroleum arasında hər ay 50 min ton neftin daşınması barədə müqavilə imzalanacaq. Kiyanlı yataqında neft hasilatı ilə Petronas Carigali şirkəti məşğul olur. Çeleken yataqını istismar edən Dragon Oil şirkəti kimi o da hasil edilən nefti Bakı-Tbilis-ceyhan vasitəsilə nəql edir.
RusEnergy-nin Aktaudakı mənbəsi hesab edir ki,Petronas Özbəkistana tədarükdən qazanacağı net-back BTC vasitəsilə satışdan daxilolmalardan daha gəlirlidir. Türkmən nefti SOCAR-ın törəmə şirkəti olan SOCAR Trayding tərəfindən alınır.
Argus Media hesab edir ki,BTC qarşığı Aralıq dənizində Brent neftinə nisbətdə 1 dollar güzəştnən satılır.Müqaviləyə əsasən Dragon Oil nefti Socar Tradingə Brent neftinə nisbətdə 14-17% güzəştlə satılır.
Bu vəziyyətdə nefti Özbəkistana satmaq daha sərfəlidir. 2012-ci ildə Özbəkistanda neft və kondensat istehsalı tarixi minimuma düşərək 3.17 milyon ton (daxili təlabat 4.4 milyon ton) təşkil edib. Xroniki yanacaq qıtlığı yaşayan Özbəkistan qonşu ölkələrdən neft idxalını artırmaq niyyətindədir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart