logo

ABŞ 2015-ci ilədək İranın neft ixracını tam kəsmək niyyətindədir

Views: 51

usa-iran-pressing

Amerika Birləşmiş Ştatları Konqresi İrana qarşı yeni iqtisadi sanksiyalar paketi işləyib hazırlayıb.

            ABŞ Konqresinin alt və üst palatalarının hazırladıqları qanun layihələri yeni şirkətlərin  “qara siyahılara” salınmasını nəzərdə tutur. Bu yeniliklər nəticəsində ABŞ İranın dağ-mədən, tikinti sektorlarına qarşı yeni iqtisadi sanksiyaların tətbiqini və 2015-ci ilədək neft ixracını tam məhdudlaşdırmaq kimi məsələri nəzərdə tutur.
            Qeyd etmək gərəkdir ki, Qərb mənbələrinə əsasən, 2012-ci ildən neft sənayesinə qarşı tətbiq olunan sanksiyalar nəticəsində İranın xam neft ixracı 2 dəfəyədək azalıb.
            Bununla belə İrana qarşı tətbiq edilən sanksiyalarda bəzi istisna halları var. Belə ki, İran şirkətinin Azərbaycanda “Şah-dəniz” yatağının işlənməsinə və Cənubi-Qafqaz Boru kəmərinin səhmdarı kimi qalmasına ABŞ Konqresi mane olmamağı qərara alıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart