logo

2022-ci ildə Kaşağan yatağında 14.87 milyon ton neft hasilatı planlaşdırılır.

Views: 97

kashagan-xSamruk-Kazına fondundan verilən məlumata görə, 2022-ci ilin sonuna Kaşağan yatağında 15 milyon ton neft hasil ediləcyi gözlənilir.
Sənədə əsasən 2022-ci ildə Kaşağanda neft hasilatı 14.876 milyon ton səviyyəsində gözlənilir və KazMunayGaz-ın payı 2,511 milyon ton təşkil edəcək.
Məlumatda o da bildirilir ki, göstəricilər hasilat zamanı dəyişə bilər.
Qeyd edək ki, hələ 2010-cu ildə heab edilirdi ki, Kaşağan yatağının 2-ci fazasının işlənməsinə artıq 2019-cu ildə başlanılacaq və 2022-ci ildə hasilat pik səviyyəsinə, yəni gündə 1,5 mln barel və ya illik göstəricilərlə 75 mln ton səviyyəsində olacaq. İndi isə məlum lur ki, reallıqda həmin dövrdə 5 dəfə az neft hasil edilməsi proqnozlaşdırılır.
Kaşağanda ilk neftin hasilatına cari ilin sentyabrında başlanılsa da, cəmi 320 min barel hasilatdan sonra boru kəmərlərində sızmaya görə bu günədək hasilat dayandırılıb. Buna səbəb neftin tərkibindəki sulfat turşusunun borularda mikro çatlamalar yaratmasıdır. Gözlənilir ki, hasilatla bağlı konsorsium yekun qərarını 2014-cü il yanvarın 15-dən sonra verəcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart