logo

2013-də Shell-in mənfəəti 39% azalaraq $16,37 mlrd olub

Views: 37

shell new ZealandRoyal Dutch Shell şirkətindən verilən məlumata görə,2013-cü ildə şirkətin xalis gəliri 2012-ci il ilə müqayisədə 39% azalaraq 16.37 milyard ABŞ dolları təşkil edib.

2013-cü ilin 4-cü rübündə şirkətin xalis gəliri 1.78 milyard ABŞ dolları təşkil edib ki,bu da 2012-ci ilin analoji göstərəcisindən 3.7 dəfə azdır.

Şirkətin xalis mənfəəti hər bir səhm üzrə keçən ildə 2.6 dollar,4-cü rübdə isə 0.28 dollar təşkil edib.2013-cü ildə şirkətin mədaxili 459.6 milyard ABŞ dolları olub. Şell şirkətinin 4-cü rübdə sərmayə qoyuluşu 15.8 milyard dollar,ümumilikdə isə 2014-cü ildə 44.3 milyard dollar olub.

4-cü rübdə şirkətin karbohidrogen hasilatı 3.251 milyon barel neft ekvivalenti təşkil edib ki,bu da 2012-ci ilin analoji göstərəcisindən 5% azdır. 2013-cü il üzrə göstərici 3.199 milyon barel neft ekvivalenti təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart