logo

2013-cü ildə Halliburton şirkətinin xalis mənfəəti 19.3% azalıb

Views: 20

h-tNeft və qaz sənayesi üçün avadanlıqlar istehsal edən Halliburton şirkətinin xalis mənfəəti 2012-ci ilə müqayisədə 19.3% azalaraq 2.12 milyard dollar təşkil edib.
Hər bir səhmə düşən xalis gəlir keçən ilin 2.85 dollarına qarşı 2.37 dollar olub.
2013-cü ildə şirkətin gəliri 3% artaraq 29.4 milyard dollar təşkil edib.
Dördüncü rübün nəticələrinə görə,şirkətin xalis mənfəəti 18.5% artaraq – 793 milyon dollara çatmışdır. Oktyabr-dekabrda hər bir səhmə düşən gəlir 2012-ci ilin dördüncü rübünün 0.93 dollarına qarşı 0.72 dollar təşkil edib. Analitiklər bu göstərəcini hər bir səhm üçün 0.89 dollar səviyyəsində gözləyirdilər.Rüblük gəlir 4.75 artaraq 7.63 milyard dollara çatıb.
*Halliburton İnc 1919-cu ildə yaradılıb.Şirkə quyuların qazılması üçün avadanlıq istehsal ,boru kəmərlərinə xidmət,sənaye üçün İT-həllər təklif edir. Şirkət dünyanın 80-dan artıq ölkəsində fəaliyyət göstərir və mənzil-qərargahı isə Hyuston şəhərindədir. Əməkdaşlarının sayı 60-mindən artıqdır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart