logo

2013-cü ildə Azərbaycanda 200-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb

Views: 24

gas_1212122013-cü ildə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin) “Azəriqaz” İstehsalat Birliyi 41 rayon üzrə 217 yaşayış məntəqəsini qazlaşdırıb. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində İB-nin baş direktoru Əkbər Hacıyev bildirib.

Onun sözlərinə görə, çoxmərtəbəli binalara qaz verilməsinin təmin olunması istiqamətində də mühüm göstəriciyə nail olunub. Belə ki, Birliyin bu istiqamətdə operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 149 çoxmərtəbəli binanın qazının açılması təmin olunub.

Xatırladaq ki, 2012-ci ildə 60 çoxmərtəbəli binanın qazının açılması təmin olunmuşdu.

Ümumilikdə 1 yanvar 2014-cü il tarixə görə, İB-nin abonentlərinin sayı 1 647 906 nəfər təşkil edir.

Ə.Hacıyev bildirib ki, abonentlərin ümumi sayından 1 628 076-sı əhali kateqoriyasına aiddir, 19 830-u isə qeyri-əhali abonentidir.

Onun sözlərinə görə, 2013-cü ildə “Azəriqaz” İB-də əhali sektoru üzrə 2 201 571 619 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 101,98 faiz vəsait toplanıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart