logo

Tethys Petroleum qazax qazını Çinə ixrac etməyi planlaşdırır

Views: 32

tethysBloomberg agentliyinin verdiyi xəbərə görə Tethys Petroleum Ltd Pekin  ilə razılaşma əldə olunduqdan sonra Çinə qaz ixracını iki dəfə artırmaq istəyir.

Şirkətin icaraedici direktoru Devid Robson bildirib ki,şirkət gündəlik qaz hasilatını 1 milyon kub metrə qədər artırmağı planlaşdırır. Hasil ediləcək qazın 2015-ci ildə Qazaxıstan-Çin qaz kəməri ilə nəqli nəzərdə tutulur.
Şirkət həmçinin Total SA və China National Petroleum Corp şirkəti ilə Tajikistanın Boxtar vilayətində və Türkmənistanın Cənubi Eloten qaz yatağında əməkdaşlıq edirlər. Əgər bu yatağlarda qaz aşkarlanarsa Çinə ixrac edilə bilər.
İlin əvvəlində CNPC Almata şəhərindən Çinin sərhədyanı Xorqos şəhərinə qaz kəməri çəkilməsinə başlayıb. Bundan başqa isə KazTransQaz Bozoy və Şımkənd şəhərləri arasında qaz boru kəmərinin inşasına başlayıb. Hər iki kəmər Xəzər dənizindən Çinə qədər uzanacaq qaz boru kəmərinin tərkib hissəsi olacaq.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart