logo

Təbii qazla təmin olunan abonentlərin sayı 1,6 млн-a yaxınlaşır

Views: 75

azeriqaz-bina (1)Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, oktyabrın 1-ə olan məlumata görə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1580474-ə çatmışdır ki, bunların da 1561399-u əhali, 19075-i isə qeyri-əhali abonentidir.Həmin abonentlərin 684154-ü Bakı şəhəri (674291 əhali, 9863 qeyri-əhali abonenti), 896320-i isə regionların (887108 əhali, 9212 qeyri-əhali abonenti) payına düşür. 

1 oktyabr 2013-cü il tarixə olan məlumata əsasən, əhali kateqoriyasına aid abonentlərinin mənzillərində 793383 ədəd “smart-kart” tipli sayğac quraşdırılmışdır. Xatırladaq ki, 2013-cü ilin yanvarın 1-ə olan məlumata görə, bu rəqəm 594 min təşkil etmişdi.    

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart