logo

SOCAR-ın “Total” şirkəti ilə təhsil sahəsində əməkdaşlığı

Views: 67

total-emOktyabrın 11-də SOCAR-ın baş ofisində şirkətin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və Fransanın “Total E&P Azərbaycan” şirkətinin baş meneceri Kristian Jüdiselli şirkətin həyata keçirdiyi Daxili Təqaüd Proqramlarının iştirakçısı olmuş, hazırda SOCAR-ın idarə və müəssisələrində çalışan gənc kadrlarla görüşmüşlər.

Xalik Məmmədov gəncləri SOCAR prezidenti adından salamlayaraq Şirkətin Azərbaycanda, eləcə də ölkədən kənarda həyata keçirdiyi təhsil layihələri barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, SOCAR-ın Daxili və Xarici Təqaüd Proqramlarının iştirakçılarının sayı ilbəil artmaqdadır. Bu həm şirkətin kadr ehtiyatının möhkəmlənməsi, həm də gənclərin işlə təmin olunması üçün geniş imkanlar acmışdır. SOCAR Təqaüd Proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər üçün yaradilmiş imkanlar haqqında məlumat verilmiş, qeyd edilmişdir ki, şirkətin fəaliyyəti genişləndikcə müasir biliklərə yiyələnmiş fransız dilli mühəndis kadrlara da ehtiyac yaranmışdır. Fransanın “Total” şirkəti ilə birgə həyata keçirilən layihəyə SOCAR-ın Daxili Təqaüd Proqramı xətti ilə işə qəbul olunan gənclər daha çox cəlb olunacaqlar.
Fransanın “Total E&P Azərbaycan” şirkətinin baş meneceri Kristian Jüdiselli SOCAR-ın Təqaüd Proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər üçün Fransa səfirliyində təmənnasız fransız dili kursları təşkil edildiyini vurğulamışdır.
Müsabiqədə hazırda bakalavriatın 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Kristian Jüdiselli qeyd etmişdir ki, Fransanın ali təhsil müssislərində neft-qaz sənayesi üzrə geofizika mühəndisliyi, geologiya mühəndisliyi, rezervuar (lay) mühəndisliyi, neft mühəndisliyi (istismar, qazma və sairə), neft-kimya və kimya mühəndisliyi, neft və qaz emalı mühəndisliyi, mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə), elektrik/elektronika/energetika mühəndisliyi, kompüter mühəndisliyi və İKT, avtomatlaşdırılmış idarəetmə sistemləri (neft-qaz hasilatı və emalı sənayesi üzrə), ekologiya mühəndisliyi, inşaat mühəndisliyi ixtisasları üzrə yerli kadrların hazırlanması nəzərdə tutulmuşdur.
SOCAR və “Total” şirkətlərinin əməkdaşlıq layihəsi çərçivəsində bul il 4 tələbə Fransanın müxtəlif ali təhsil müəssisələrinə göndərilib, hazırda 7 tələbə təhsilini davam etdirir, 18 tələbə isə təhsilini başa vurmuşdur. Bu istiqamətdə işlər davam etdirilir. Görüşün sonunda gənc mütəxəssislərin sualları cavablandırılmışdır.                               

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart