logo

SOCAR-ın əməkdaşı “Günəşli” yatağında həlak oldu

Views: 27

trans-pDekabrın 2-də “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsinin “Günəşli” yatağındakı 11-ci dərin dəniz özülündə təmir işləri aparan 4-cü dərəcəli quraşdırıcısı, 1980-ci il təvəllüdlü İqor Xvatov naməlum səbəbdən dənizə düşərək ölmüşdür.

SOCAR-dan verilən məlumata görə, mərhumun meyidi dənizdən çıxarılaraq sahilə yola salınmışdır. 
Özülə göndərilmiş xüsusi komissiya hadisənin təfərrüatlarını araşdırır. SOCAR araşdırmanın nəticəsi barədə əlavə məlumat verəcəkdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart