logo

SOCAR ilin əvvəlindən qazını orta hesabla $234,8 qiymətinə ixrac edib

Views: 87

boru-uzunDövlət Gömrük Komitəsinin sayğaclarıının göstəricilərinə əsasən, 2013-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 5 mlrd. 732 mln. 21,8 min kubmetr qaz ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% çoxdur.

            Ancaq gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş qaz ixracı cari ilin 10 ayının yekunlarına görə 2 mlrd. 555 mln. 42,33 min kubmetr olub ki, bunun da dəyəri $599 mln. 969,36 min təşkil edib. Bu məlumatdan çıxış edərək Caspian Barrel hesablayıb ki, ilin əvvəlindən ixrac edilmiş qazın orta qiyməti $234,8 olub.
Ancaq nəzərə alsaq ki, bəyannamələr üzrə rəsmiləşdirilən qazın içərisində “Şsh-dəniz” yatağından hasil edilən mavi yanacaq olmur (Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir), onda Gömrük Komitəsinin açıqladığı bu rəqəmlər ancaq SOCAR-a şamil edilir. Bu qaz isə Rusiya, İran və Gürcüstana satılır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart