logo

Schlumberger mütəxəssislərinin Bakı Ali Neft Məktəbində təqdimatları

Views: 52

sch“Schlumberger” şirkətinin Rusiya və Mərkəzi Asiya regionunun kadrlar üzrə vitse-prezidenti Aydın Kərimov və Azərbaycan üzrə kadrlar şöbəsinin rəhbəri Səbinə Tağıyeva Bakı Ali Neft Məktəbində olublar.

Gün.Az xəbər verir ki, rektor Elmar Qasımov onlara Bakı Ali Neft Məktəbinin fəaliyyəti barədə məlumat verib.
O, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında ən müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyini, qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərin Ali Məktəbə müstəsna maraq göstərdiyini, 2012-ci ildə tələbələrdən 11, 2013-cü ildə 15 nəfərinin Prezident təqaüdünə layiq görüldüyünü, 2013-cü ildə yeni “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına tələbə qəbulunun həyata keçirildiyini qeyd edib.
Görüşdə “Schlumberger” şirkətinin Rusiya və Mərkəzi Asiya regionunun kadrlar üzrə vitse-prezidenti Aydın Kərimov şirkətin dünyanın 85 ölkəsində fəaliyyət göstərdiyini və əsasən qazma və hasilat problemlərinin həllində iri şirkətlərlə əməkdaşlıq etdiyini bildirmiş və şirkətin kadr siyasəti haqqında məlumat verib.
Görüşdə Bakı Ali Neft Məktəbi ilə “Schlumberger” şirkəti arasında gələcək əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələlər müzakirə olunub və şirkətin müxtəlif təyinatlı proqram təminatının tədrisdə istifadə edilməsi haqqında razılıq əldə edilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart