Rusiya

Rusiya-Suriya Enerji Planı Aralıq dənizinə yönəlib

rus-sur“New Europe” xəbər portalının verdiyi məlumata görə, dekabrın 25-də Rusiyanın “Soyuznefteqaz” şirkəti Suriya ilə əsas neft-qaz razılaşması imzaladı. Aylarla davam edən danışıqlardan sonra Suriyanın neft naziri Süleyman Abbas tərəfindən imzalanan 25 illik müqavilə dənizdə qazma işlərini, eləcə də Aralıq dənizinin 2190 kilometr kvadrat sahəlik hissəsində inkişaf və hasilatı nəzərdə tutur. Bu müqavilə elə ilk gündən Suriyanın ərazi sularında qazma işlərinin aparılmasına imkan verir.

Lakin Moskvanın “UralSib” maliyyə korporasiyasının əsas politoloqu Slava Solyaninov dekabrın 26-da “Yeni Avropa”ya bildirib ki, hər iki ölkə Suriya-Rusiya əməkdaşlığını gələcəkdə istənilən istiqamətə yönəldə bilər.
O qeyd edib ki, müəyyən irəliləyiş olduqca Rusiya qərb ölkələri ilə müharibənin baş verməməsi üçün Suriyaya kömək edib, münaqişənin iştirakçıları bu əməkdaşlığın iqtisadi inkişaf baxımından real nəticə verməsini hələ çox gözləyəcəklər.
“UralSib” neft-qaz tədqiqatçısı Aleksey Kokin isə “Yeni Avropa”ya müsahibəsində məsələyə “Suriyanın xüsusi maraqlı neft ölkəsi olduğunu düşünməmişəm” şəklində münasibət bildirib.
Qeyd edək ki, bu müqavilə ilə “Soyuznefteqaz” 90 milyon dollarlıq xərcləri öz üzərinə götürür. Müqavilə Suriyanın Tartous və Banyas şəhərlərinədək uzanan ərazi sularında “Blok-2″də neft kəşfiyyatını nəzərdə tutur.
“İlkin araşdırma və tədqiqatı nəzərdə tutan birinci mərhələdə podratçı şirkətin (“Soyuzneftqaz”) 15 milyon dollar investisiya qoyması gözlənilir”, Suriyanın Təbii Ehtiyatlar Nazirliyinin qadın nümayəndəsi “RİA Novosti” xəbər agentliyinə deyib.
“Müqavilə ilk növbədə Suriya ərazi sularında nef-qaz tədqiqatlarının aparılması üçündür ” , Baş Neft Şirkətinin rəhbəri Əli Abbas “AFP” xəbər agentliyinə belə deyib.
Sınaq qazma müddətində podratçı ən azı bir quyu sınağını aparmaq üçün daha sonra 75 milyon dollar sərmayə qoyacaq.
Bundan əlavə, sınaq qazma işləri nəticəsində ərazidə iqtisadi cəhətdən səmərəli neft-qaz ehtiyatlarının olduğu üzə çıxarsa, “Soyuznefteqaz” neft hasilatı üçün zəruri infrastrukturu inşa edəcək.
“SANA” xəbər agentliyinin bildirdiyinə görə, müqaviləyə əsasən “Soyuznefteqaz” “Suriya Ümumi Neft Təsisatı”nda işçi heyətə təlim keçməyi öz  üzərinə götürür.
Xatırladaq ki, “Soyuzneftqaz” keçmiş Sovet respublikaları, Yaxın Şərq və Şimali Afrika ölkələri ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə 2000-ci ildə yaradılmışdır.  Şirkətin rəhbəri Rusiyanın enerji naziri Yuri Şafarnikdir.
Qeyd edək ki, Moskva öz müttəfiqinə qarşı Qərbin sanksiyalarını dəstəkləməmişdir. Bundan əlavə, Rusiya prezidenti Bəşər Əsədin əsas müdafiəçisi, eləcə də İsveçrədə yanvar ayına planlaşdırılmış sülh danışıqlarında Birləşmiş Ştatlarla bərabər əsas tərəfdaşıdır.