logo

Rusiya nefti Qazaxıstan vasitəsilə Çinə nəql olunacaq

Views: 49

atasu-alashankouRosneft, KazMunayGaz, KazTransOil  Qazaxıstan ərazisi ilə neftin nəqlinin ilkin müqaviləsini imzalayıb. Müqaviləni “Rosneft” və qazax şirkətlərinin prezidentləri imzalayıblar.

“Rosneft” şirkətinin planına əsasən, 2014-cü ildən Qazaxıstan vasitəsilə Çinə Atasu-Alaşankou boru kəməri ilə neft nəqli nəzərdə tutulur. Daşımaların həcmi hər il 7 milyon tona çata bilər.
2013-cü ilin martında KİV-də yayılan xəbərlərə görə,”Rosneft” 2018-ci ilə Çinə neft nəqlini 50 milyon tona çatdırmağı planlaşdırır. İndi tədarükün həcmi 3 dəfə az – 15 milyon ton təşkil edir. Hazırda Çinə neft tədarükün həcmi Şərqi Sibir-Sakit Okean boru kəməri ilə həyata keçrilir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart